Menu

Profil

Salam: Qonaq

Mektub:

Salam qonaq !!! Qeydiyatdan kec yada oz login porolunla sayta giris ele

Sual

Sayida En Cox Ziyaretci Yasi
Всего ответов: 13

Teqvim

Onlain

Hal-hazırda saytda olanİstifadəçilər:

Axtarış robotları: 3
Google Yahoo
MSN

onlayindakilar 1
qonaqlar 1
isdifadeciler 0

Son daxil olan 20 istifadəçi:
!-- MyCounter v.2.0 -->

Statistika

satatistika:

Ваш IP: 94.158.33.64
ОС: Windows XP
Браузер: Opera 9.80
Кодовое имя:
Разрешение:
Глубина цвета: bit

Zengimcell

Reklam

...
cume, 02.05.2024, 10:53
Приветствую Вас Qonaq
Главная | Регистрация | Вход | RSS
Главная » 2011 » mart » 16 » Burcler
17:29
Burcler


Qoç

Balıq bürcündə son günlərini keçirən Günəş, hələ yeni cəhdlər üçün erkən olduğunu göstərir. Bir az daha səbirli olmalısınız. Son zamanlarda gündəmə gələn manelərlə qarşılaşdınız və səbrlə keçməyə çalışırsınız. Yenə də bu dövrdə düşüncələrinizi müvəffəqiyyətli şəkildə ortaya qoya bilərsiniz. Öyrədici mövzular, səfərlər və fərdi fikirlərinizi açıqlaya biləcəyiniz vəziyyətlərdə müvəffəqiyyətlisiniz. Jüpiter sizə artan bir optimizm gətirəcək. Bu yüksək enerjiləri ziyan etməməli, ilk ağılınıza gələn şeylərə də dərhal qərarınızı verməməlisiniz.

Buğa

Balıq bürcündəki Günəş bu dövrdə sizi məşğul edən ictimai mövzulara, yoldaşlıqlara, içərisində olduğunuz qrupa bağlı göstərdiyiniz fədakarlıqlara işarə edir. Gələcəklə bağlı qurduğunuz planlarınızı nəzərdən keçirin. Bir az daha optimist olmağa çalışmalısiniz. Ayrıca bu dövrdə aldığınız pul, qərarlar, sərmayələr tam istədiyiniz kimi getməyə bilər. İş həyatında, iş mühitinizdə özünüzü rahat şəkildə ifadə edə bilmədiyinizi fərq edə bilərsiniz. Səbirli olmalısınız.

Əkizlər

İş həyatınızı, karierinizə yönəlik mövzuları maraqlandıran dalğalanmalar hələ davam etməkdə. Balıq bürcündəki Günəş və Mars belə bir dövrdə sabit olmaqdan çox balanssız və həddindən artıq romantik reaksiyalar verə biləcəyinizi göstərməkdə. Nəysə ki bu dövrdə ətrafınızdan dəyişik qruplardan gələcək yeni fikirlərə və fürsətlərə açıqsınız. İşlə əlaqədar çətinliklər olsa belə sizi sevindirəcək yeni gözləmlər içinə girməniz çətin olmayacaq.

Xərçəng

Sizdən fərqli düşünən kəslərin həyatınıza təsiri diqqət çəkir. Bu dövrdə özünüzü inkişaf etdirmək, başqalarının düşüncələrindən faydalanmaq üçün uyğun günlərdəsiniz. Düşüncələrinizi geniş tutmalısınız. Səfərlər, öyrədici mövzular daha çox mübarizə gətirməkdə. İnanclarınız mövzusunda bir az daha ağıllı olmağa cəhd göstərin. İş həyatında yeni risklərə və cəhdlərə açıqsınız. Fikirlərinizlə diqqət çəkə bilər və müvəffəqiyyətli ola bilərsiniz. Göstərəcəyiniz elastiklik və cəsarət sayəsində başqalarından bir addım kənara keçə bilərsiniz.

Şir

Hələ Balıq bürcündə irəliləyən Günəş son zamanlarda psixoloji baxımdan özünüzü yenilədiyinizi, bəzi narahatlıqlarınızın olduğunu göstərməkdə. Elastik qalmaq həddindən artıq israr etməmək ən yaxşısı. Xüsusilə ortaq şəkildə mövzularda güvən axtarırsınız ancaq kompleks vəziyyətlər əldə olmayan səbəblər üzündən küsə bilərsiniz. Yenə də bu dövrdə özünüzü inkişaf etdirə biləcəyiniz, müvəffəqiyyətli nəticələr əldə edə biləcəyiniz fürsətlər var. Uzaqlara səfər, yeni insanlar, yeni düşüncələr mənasına gələ bilər. Düşüncələrinizi daha cəsur şəkildə ortaya qoya bilərsiniz.

Qız

Son həftələrdə düşüncələrinizdə nəzərdən keçirdiyiniz çox şey olmalı. Son altı aydır üzərində dayandığınız mövzuları, qərarlarınızı nəzərdən keçirirsiniz. Yeni bir qərar mərhələsindəsiniz. Bu səbəblə başqalarının düşüncələrinə də ehtiyacınız olacaq. Həddindən artıq müqavimət göstərməməli və tənqidi olmamağa çalışmalısınız. Əks halda romantik qarşıdurmalar, narahatlıqlar, hətta açıq düşmənliklər yaşaya bilərsiniz. Bu dövrdə ortaq şəkildə razılaşmalardan gələ biləcək yeni fürsətlər də var. Təsadüfi çıxan şərtlər varsa düşünüb ani hərəkətə keçməniz lazımdır.

Tərəzi

Hələ də Balıq bürcündə irəliləyən Günəş bu dövrdə sizi zəif sala biləcək vəziyyətlərə də işarə etməkdə. Necə ki son həftələrdə daha çox səy sərf etmiş, fədakarlıq göstərmiş ola bilərsiniz. Özünüzə də diqqət göstərməlisiniz. Sizi romantik baxımdan əyləndirən, xidmət etmənizi tələb edən mövzularla çevik ola bilərsiniz. Ortaq şəkildə imkanlara, yoldaşınızın ya da yaxın dostların gətirə biləcəyi fürsətlərə açıq durun.

Əqrəb

Bu dövrdə Balıq bürcündəki Günəş həyatınıza kef, əyləncə və daha çox yaradıcılıq gətirən mövzularla maraqlandığınızı izah edir. Özünüzü yaxşı ifadə edə bilər həyata açıq dayana bilərsiniz. Belə bir dövrdə zövqləriniz üçün daha çox xərcləmə edəcəyiniz göstərilir. Duyğularınızla hərəkət etdiyiniz, ehtiraslarınızı önə çıxardığınız günlərdəsiniz. Hobbilər gözəl bir çıxış yolu ola bilər. Bu dövrdə iş həyatında da sürətlənmə və daha çox hərəkət, ünsiyyət və dəyişikliklər gündəmdə

Oxatan

Balıq bürcündəki Günəş və Mars bu dövrdə enerjinizin olduqca dağınıq və dalğalı ola biləcəyini göstərməkdə. İşdən çox evə və yuvanıza aid mövzular, yorucu mübahisələr ola bilər. Bir az səbirli olmaq lazımdır. Ailənizə, atanıza aid problemlərlə yaxından maraqlanmalısınız. Bu vaxt düşüncələrinizi içinizdən gəldiyi kimi ifadə etmə imkanı tapacaq, zehni mövzulardan kef alabiləcəksiniz

Oğlaq

Balıq bürcündəki Günəş bu dövrdə yaxın ətrafınıza, ailəvi mövzulara daha çox bağlanacağınızı izah edir. Yaxın ətrafınızdakı dəyişikliklər tam olaraq dəqiqləşməmiş vəziyyətlər və bəzi romantik dialoqlar da yaradacaq. Düşüncələrinizdə daha müsbət olmağa cəhd göstərin. Qısa səfərlər, ziyarətlər və zehni alverlər içindəsiniz. Ancaq bəzi tərəddlər və qarışıqlıqlar da mümkündür. Qarşıdakı günlərdə bitmələr və başlanğıclar, ev və ailəvi mövzuları hərəkətə keçirən hadisələrlə qarşılaşa bilərsiniz. Evə olan diqqətiniz yaxşıca artarkən yeni motivasiyalar əldə edəcəksiniz.

Sutökən

Bu dövrdə sahib olduğunuz işlər, öz qabiliyyətləriniz və bunları pul baxımdan istifadə edə bilmə imkanı böyük əhəmiyyət qazanacaq. Maddi mövzular, problem olduğundan bəzi fədakarlıqlar da gündəmə gələ bilər. Bəzi qərarlar üzündən pul vəziyyətinizə diqqət göstərməlisiniz. Yenə də bu dövrdə razılaşmalar, yazışmalar və bolca ünsiyyət həyatınıza canlılıq gətirməkdə. Öyrədici sahədə, akademik mövzularda müvəffəqiyyətli ola bilərsiniz. Səfərlər sayəsində özünüzü inkişaf etdirə biləcəyiniz çox şey var.

Balıq

Bu həftə son dəfə bürcünüzdə qalan Günəş sizə böyük bir hərəkətlilik və oyanış gətirməyə davam edir. Yeni addımlar və cəsarətlər içərisindəsiniz. Bu yüksək enerjini daha qalıcı və sərfəli istifadə etməyə çalışmalısınız. Əks halda hirs, qarşıdurma və həddindən artıq romantikliyin səbəb ola biləcəyi xoş olmayan vəziyyətlər gündəmə gələ bilir. Daha ağıllı olmalı, ehtiraslarınızı tarazlıqda tutmağa cəhd göstərməlisiniz. Qazanclarınızı artıra biləcəyiniz iş həyatınıza yeniliklər gətirə biləcəyiniz bir çox fürsət yaranacaq. İçinizdən gəldiyi kimi 
Категория: Xeber | Просмотров: 984 | Добавил: aydin | Рейтинг: 0.0/0
Всего комментариев: 1
(30.11.2013 15:32 senbe)
Имя: melek

melek

  • Sag olun
  • Elave edilib
  • Serh !
salamlar her kese
Cavab 00+0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]