Menu

Profil

Salam: Qonaq

Mektub:

Salam qonaq !!! Qeydiyatdan kec yada oz login porolunla sayta giris ele

Sual

Saytmizin Dizayini Xosunuza Gelir
Всего ответов: 20

Teqvim

Onlain

Hal-hazırda saytda olanİstifadəçilər:

Axtarış robotları: 3
Google Yahoo
MSN

onlayindakilar 1
qonaqlar 1
isdifadeciler 0

Son daxil olan 20 istifadəçi:
!-- MyCounter v.2.0 -->

Statistika

satatistika:

Ваш IP: 94.158.33.64
ОС: Windows XP
Браузер: Opera 9.80
Кодовое имя:
Разрешение:
Глубина цвета: bit

Zengimcell

Reklam

...
cume, 16.05.2024, 23:23
Приветствую Вас Qonaq
Главная | Регистрация | Вход | RSS
Главная » 2011 » aprel » 1 » Bir Daha Qaydalar Haqda!
13:10
Bir Daha Qaydalar Haqda!
Əvvəla onu deyək ki, "qaydalar onları pozmaq üçündür” məsəli bəzən zarafatca deyilir, bəzən arxasında çox böyük məntiq olur. Lakin bunlar ayrı-ayrı hallarda, yerinə görə işlənir. Tac.Az qaydalarına isə bunların heç biri aid deyil. Bu qaydalar üçün yalnız bir məsəl var: "Qaydalar onlara əməl etmək üçündür”. Qaydalarımızın "Suallar və problemlər” bölməsində yerləşdirilməsinə baxmayaraq hələ də ondan xəbərsiz olan istifadəçilərimiz var ki, bu da nəticədə bəzi hallarda (xəbərləri silindikdə, şərhləri redaktə edildikdə, bəzi hüquqları alındıqda və s.) onların haqsız etirazlarına səbəb olur. Bəli, bəli haqsız. Axı qaydaları bilməmək alibi deyil.

Məhz bu məqsədlə də hər kəs bir daha tanış olsun deyə qaydalarımızı FAQ* şəklində yenidən

ana səhifəyə gətirdik.

 

 *FAQ – termin, abbreviaturası "Frequently asked questions”. İngiliscədən tərcümədə - Mütəmadi verilən suallar.

  

1) Sayta xəbər necə əlavə edə bilərəm ? 

Saytda öz akkauntunuzla giriş etdikdən sonra istifadəçi profilinizdəki "Xəbər göndər” bölməsinə daxil olaraq həmin bölmədə göstərilmiş formanı doldurub xəbərinizi göndərə bilərsiniz. Göndərəcəyiniz xəbərə mahnı, proqram və s. kimi fayllar əlavələr etmək istəyirsinizsə onları bu linkə daxil olaraq onları upload edə bilərsiniz: http://tac.az/file

Şəkil əlavə etmək üçün isə http://tach.az/foto/ ünvanından istifadə edə bilərsiniz. Faylların yüklənmə qaydası haqda 8-ci bəndə daha ətraflı məlumat var.

2) Göndərdiyim xəbər aktiv olunacaq yoxsa silinəcək? 

Profilinizə daxil olarkən əlavə etdiyiniz xəbər elə profil səhifəsində məlumatlarınız yerləşmiş bölmənin aşağısında görünərsə deməli xəbərinizin hələ də yoxlanışdadır. Əgər göndərdiyiniz xəbər saytda nəşr olunmadan profil səhifənizdən silinibsə deməli xəbəriniz qəbul edilməyib. Xəbərlərin silinmə səbəbləri haqda məlumat 3-cü bənddə əksini tapmışdır.

Aktiv olunmuş xəbərləriniz isə profilinizdə [ Bütün xəbərlərə bax ] bölməsindədir.


DİQQƏT!

Hər göndərilən xəbər aktiv olunacaq deyə bir qayda yoxdur. Hər xəbərin öz aktiv olunma vaxtı var. Əgər xəbər aktual və maraqlıdırsa aktiv olunacaq.

Hər hansı bir istifadəçi istər "Suallar və problemlər” istərsə də digər bölmələrdə "MƏNİM XƏBƏRİMİ AKTİV EDİN” və yaxud "MƏNİM XƏBƏRİM BAZADADIR NİYƏ AKTİV ETMİRSİZ” kimi sual/tələblə bizə müraciət etsə xəbəri heç bir bildiriş edilmədən silinəcək!

3) Göndərdiyim xəbər niyə qəbul olunmayıb/silinib ? 

Göndərdiyiniz xəbərlər aşağıdakı hallarda silinə bilər.

a) Maraqlı və aktual olmadıqda. Xəbərin bu kriteriyalara uyğun olub olmadığına saytın redaktor heyəti qərar verir və onların qərarları müzakirə edilmir.

b) Latın qrafikalı azərbaycan əlifbası ilə yazılmadıqda, azərbaycan dilinin bütün normalarına (orfoqrafik, üslub və s.) cavab vermədikdə.

c) Yerli saytlardan köçürüldükdə.

d) Reklam xarakterli olduqda.

e) Xəbərdə olan şəkillər mövzuya uyğun olmadıqda.

f) Xəbər təkrar olduqda.

4) Saytda necə status qazana bilərəm ? 

Saytda status qazanmağınız üçün sizin aktiv olmağınız kifayət edir. Tez-tez və maraqlı xəbər göndərən, maraqlı rəylər yazan istifadəçilərə üstünlük verilir. Şərhlərində flood edən, bir gülməcə (smaylik) qoyub qısa və lakonik rəylər yazan istifadəçilərə status verilməcəyək. Çalışın xəbərlərinizlə və rəylərinizlə seçilin. Status qazanmanın alternativ variantı isə TACazın tədbirlərində, yığıncağlarında yaxından iştirak etmək və öz aktivliyini TACaz ailəsi içərisində göstərməkdir.

5) Şərhlərim silinib və ya redaktə olunması.Bu hansı hallarda baş verə bilər ? 

Aşağıdakı hallar aşkar edildikdə istifadəçinin son şərhləri silinir və ya redaktə olunur.

a) İstifadəçi şərhlərdə ümumi etik qaydaları pozduqda və kimisə təhqir etdikdə.

b) Mövzudan kənar şərh yazıldıqda, iki və daha artıq istifadəçi arasında şəxsi yazışmalar və flood etdikdə.

c) Rəy sayını çoxaldıb dalbadal yazılan mənasız, ancaq smayliklərdən ibarət, "TŞK" , "Thanks" , "Təşəkkür edirəm" tipli şərhlər aşkar edildikdə. 

d) Reklam xarakterli şərhlər yazıldıqda.

e) Şərhlər bölməsində şəxsi yazışmalar aparıldıqda.

6) Mən imza qoymaq istəyirəm. Necə qoymaq olar ? 

Saytımızda ancaq (Aktiv userdən başlanan) statuslu istifadəçilər imza qoya bilər və dəyişə bilərlər. Əgər şəkilli imza qoymaq istəyirsinizsə onda siz ən azı Silver user statusuna sahib olmalısınız.

İmzanın maksimum ölçüsü 400x60 px, həcmi 50 kb-dan çox olmamalıdır.

7) Mənə şəxsi ismarıc gəlib necə oxuyum onu? Oxuya bilmirəm 

Şəxsi ismarıcdan istifadə etmək üçün saytda sizin ən azı VİP user statusuz olmalıdır. Adi istifadəçi və Aktiv istifadəçilərin Şəxsi ismarıclardan istifadə etmək hüququ yoxdur.

8) Saytda faylları upload edə bilmirəm. Mənə kömək edin

Siz mp3, 3gp, exe, zip, rar, flv, swf, pdf fotmatda olan faylları yükləmək üçün http://tac.az/file -a daxil olaraq Обзор...-a klikləyərək faylınızı kompyuterinizdən seçib YÜKLƏ-məyə başlayın. Yükləmə bitdikdən sonra sizə veriləcək hazır linki xəbər göndər panelində müvafiq şəkildə istifadə edə bilərsiniz.

Şəkillərin yüklənmə prosesi də eyni ilə bu cürdür. Yüklənən şəkillər ancaq jpg, png, gif formatlarında olmalıdır. Eyni zamanda 5 şəkili yükləyə bilərsiniz.

 

Qaydalar haqda daha ətraflı "Suallar və problemlər” bölməsində oxuya bilərsiniz.

 

Категория: Xeber | Просмотров: 725 | Добавил: aydin | Рейтинг: 5.0/1
Всего комментариев: 8
(01.04.2011 16:02 cume axsami)
Имя: ilahe ilaheova

nikusailahe ilaheova

  • Sag olun
  • Elave edilib
  • Serh !
biggrin biggrin biggrin biggrin biggrin biggrin
Cavab 00+0
(01.04.2011 16:02 cume axsami)
Имя: ilahe ilaheova

nikusailahe ilaheova

  • Sag olun
  • Elave edilib
  • Serh !
angry angry angry angry angry
Cavab 00+0
(01.04.2011 16:02 cume axsami)
Имя: ilahe ilaheova

nikusailahe ilaheova

  • Sag olun
  • Elave edilib
  • Serh !
angry angry angry angry angry angry angry angry
Cavab 00+0
(01.04.2011 16:02 cume axsami)
Имя: ilahe ilaheova

nikusailahe ilaheova

  • Sag olun
  • Elave edilib
  • Serh !
angry angry angry
Cavab 00+0
(01.04.2011 14:10 cume axsami)
Имя: ayka ayakov

aykaayka ayakov

  • Sag olun
  • Elave edilib
  • Serh !
smile smile smile smile smile
Cavab 00+0
(01.04.2011 14:10 cume axsami)
Имя: ayka ayakov

aykaayka ayakov

  • Sag olun
  • Elave edilib
  • Serh !
dry dry dry dry dry dry dry
Cavab 00+0
(01.04.2011 14:10 cume axsami)
Имя: ayka ayakov

aykaayka ayakov

  • Sag olun
  • Elave edilib
  • Serh !
dry dry dry dry dry dry dry dry
Cavab 00+0
(01.04.2011 14:09 cume axsami)
Имя: ayka ayakov

aykaayka ayakov

  • Sag olun
  • Elave edilib
  • Serh !
biggrin biggrin biggrin biggrin biggrin biggrin biggrin biggrin
Cavab 00+0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]